Azərbaycanda ilk olacaq bu heykəl Gəncənin Bulvar Kompleksi ərazisində ucaldılır. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.
Abidənin memarı Cahid Həsənovun sözlərinə görə, heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə isə “Əli və Nino” tərənnüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur.Memar bildirib ki, dünya memarlığında ilk dəfə Gəncədə abidədə vizual bir görüntü yaradılacaq. Bundan başqa, abidənin ətrafında 3 fəvvara quraşdırılır. Fəvvarələr də vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli Şərq üslubunda, lakin modern formada olacaq.
Azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin , Fransa və Gürcüstanda ucaldılıb. Bu ilin fevralında isə bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin Azərbaycanda çəkilişləri başlayıb.
Ganjacity.eu