пятница, 21 июля 2017 г.

“Gəncə MALL” bu il fəaliyyətə başlayacaq

“Gəncə MALL” bu il fəaliyyətə başlayacaq

21.07.2017 / 11:37

“Gəncə MALL”ın fəaliyyətə başlaması ilə şəhərdə 2 mindən çox yeni iş yeri açılacaq


Gəncədə yeni ticarət mərkəzində 2 mindən çox insan işlə təmin olunacaq. İki il əvvəl inşasına başlanılan 80 min kvadratmetr ərazini əhatə edən “Gəncə MALL” ticarət mərkəzində tikinti işlərinin təxminən 90 faizi yekunlaşıb. Nəhəng ticarət mərkəzinin inşasında 700 işçi çalışıb. Müasir memarlıq görünüşü ilə diqqəti cəlb edən 8 mərtəbəli “Gəncə MALL” ticarət mərkəzinin 3 mərtəbəsi yeraltı avtomobil dayanacağıdır.


Bu il fəaliyyətə başlayacaq “Gəncə MALL”ın digər mərtəbələrində müxtəlif əyləncə mərkəzləri, kinoteatrlar, dükanlar, supermarket fəaliyyət göstərəcək. Burada dünyanın brend məhsulları təklif olunacaq.
GancaPost