понедельник, 24 июля 2023 г.

Əziz Latviyada və ətraf ölkələrdə yaşayan həmvətənlərimiz!


Bakının "Sabah" klubu iyulun 26-da Latviyada avrokuboklarda debüt oyununa çıxacaq. Komandamız bu tarixdə yerli RFS klubu ilə tarixi görüş keçirəcək. Hər birinizi Azərbaycanımızın avrokuboklarda yeni təmsilçisinə məsul oyunda "Soldati di Sabah" azerkeş qrupu ilə dəstək olmağa çağırırıq.


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq RFS - "Sabah" qarşılaşması iyulun 26-da, yerli vaxtla saat 19:00-da Latviyanın Yurmala şəhərinin "Sloka" stadionunda baş tutacaq.

Biletlər ödənişsizdir,
Ətraflı məlumat üçün +371 22 830 787 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.